Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-11-2024 , 18:29

164

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Vüqar Tofiqli: "Bələdiyyələrin inkişafına dövlət dəstəyi fondu" yaradılsın -TƏKLİF

Növbəti il dövlət büdcəsindən bələdiyyələrə cəmi 13.5 milyon manat (2024-cü illə müqayisədə 1 milyon manat və ya 8% çox) vəsait ayrılması proqnozlaşdırılır.

 Bu barədə 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, bu vəsaitin 7.5 milyon manatı dotasiya, 1,6 milyon manatı subvensiya, 4,4 milyon manatı isə və su təchizatı qurğularının istismarı və onlara xidmətlə bağlı xərclər üçün isə subsidiya formasında ayrılacaq.  

Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, büdcədən bələdiyyələrin fəaliyyətinə vəsaitin ayrılması dövlətin bələdiyyələrə göstərdiyi  diqqətin bariz nümunəsidir:

"Həmin vəsaitin həcmində ildən-ilə artımlar müşahidə olunur. Lakin prossesin icrası ilə bağlı bəzi nüanslarda şəffaflıq təmin edilmir. Məsələn,  subvensiya üçün 1.6 milyon ayrılıb. Son bir neçə ildir ki,  bələdiyyələrə subvensiya layihələrinin icrası üçün  dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır.

Lakin təəssüf edirəm ki, bu günədək subvensiya layihələrinin təşkili üçün şəffaflıq təmin edilmir. Hətta maraqlı məqam ondadır ki, bununla bağlı sentyabr ayının 18-dən ünvanladığımız sorğu məktubuna Maliyyə nazilıriyi hələ də cavab verməyə tələsmir. Bütün hallarda, məqsədimiz odur ki, proses qanunamüvafiq şəkildə həyata keçirilsin. Bu gün ilk olaraq bələdiyyələrə layihələrin hansı şəkildə yazılması və icra olunması ilə əlaqədar təlimlər keçirilməlidir.

Çünki bununla əlaqədar bələdiyyələrin əksəriyyəti məlumatsızdılar. Təklif edirəm ki, dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiya və subvesiya layihələrinin bir mərkəzdən idarə edilməsi üçün "Bələdiyyələrin inkişafına dövlət dəstəyi fondu" yaradılsın. Həmin vəsaitdə məhz  dəstək fondunun xətti ilə bələdiyyələrə verilsin. Bir növ QHT-lərə Dövlət Dəstək Agentliyinin təcrübəsindən yararlanaraq prossesin təşkili də məhz həmin fonda tapşırılsın. Bununla da şəffaflıq təmin olunacaq. Həmçinin, vətəndaşlar, seçicilər  prossesin hansı formada həyata keçirildiyindən xəbardar olacaqlar.

Əlavə olaraq Azərbaycanda bir çox bələdiyyələr var ki, onlara dotasiya ayrılması o qədər də vacib deyil. Çünki büdcə gəlirləri problemlərinin həllinə imkan verir. Bunun üçün də həmin məbləğ onlara deyil, maliyyə çətinliyi və kifayət qədər DSMF borcu olan bələdiyyələrə verilməlidir.

https://sherg.az/sosial/280669


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
243

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
257

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
222

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
264